![Nicat Abasov ABŞ təmsilçisi ilə qarşılaşacaq](https://ww3.apasport.az/storage/news/2024/april/15/big/661cbf3278ae8661cbf3278ae91713159986661cbf3278ae6661cbf3278ae7.jpg)
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 4,5 xalla 4-6-cı yerləri bölüşdürür.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.