Qadın şahmatçımızdan dünya çempionatında gümüş medal
07.03.2025 - 22:24
Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva qızların yarışında ikinci yeri tutub.
Təmsilçimiz bu gün keçirilən 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bu nəticədən sonra xalını 8-ə çatdıran Ayan dünya çempionatının gümüş medalına layiq görülüb. Qızıl medalı 9 xal toplayan Anna Şuxman qazanıb.
Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
- "Araz-Naxçıvan"ın oyunçusu: "Biz sübut etdik ki, bu yerə elə-belə gəlməmişik" - Müsahibə
- U-18 millimiz Avropa çempionatına qələbə ilə start verib
- Rəşad Eyyubov Portuqaliya ilə oyunöncəsi mətbuat qarşısına çıxacaq
- Barak Baxarın Bakıda mətbuat konfransı olmayacaq
- “Şamaxı” Bakıdan 1 xalla döndü - YENİLƏNİB
0
0