![Şahmatçılarımız beynəlxalq turnirə uğurlu start verdilər](https://ww3.apasport.az/storage/news/2024/may/14/big/6643acb7921d66643acb7921d717157111596643acb7921d46643acb7921d5.jpeg)
Birləşmiş Ərəb Əmirliyində Şarjah Masters şahmat turniri start götürüb.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması nüfuzlu yarışda 4 şahmatçı ilə təmsil olunur.
Yığmamızın lideri Teymur Rəcəbov turnirə heç-heçə ilə start verib. O, hindistanlı Seturamanla xalları yarıya bölüb. Əvəzində digər şahmatçımız Eltac Səfərli hindistanlı rəqibinə uduzub. Eltac Şarjah Mastersin reytinq lideri Arjun Ergaisiyə məğlub olub.
Məhəmməd Muradlı Boqdan-Daniel Deak (Rumıniya) görüşdə rəqibini mat qoyub. Aydın Süleymanlı isə kolumbiyalı Santyaqo Avila Pavasla heç-heçə oynayıb.
Qeyd edək ki, 88 şahmat qələbə uğrunda yarışır.
Şarjah Masters, I tur
Arjun Ergaisi (Hindistan) – Eltac Səfərli – 1:0
S.P Seturaman (Hindistan) – Teymur Rəcəbov – 0,5:0,5
Məhəmməd Muradlı – Boqdan-Daniel Deak (Rumıniya) – 1:0
Santyaqo Avila Pavas (Kolumbiya) – Aydın Süleymanlı – 0,5:0,5