Şahmatçımız beynəlxalq turnirdə liderlər sırasındadır
19.07.2024 - 12:31
![Şahmatçımız beynəlxalq turnirdə liderlər sırasındadır](https://ww3.apasport.az/storage/news/2024/july/19/big/669a2200ab43d669a2200ab43e1721377280669a2200ab43b669a2200ab43c.jpg)
Azərbaycanın 2 şahmatçısı Serbiyada təşkil olunan "Belqrad Open" turnirində iştirak edir.
Apasport.az xəbər verir ki, 6 turdan sonra Eltac Səfərli liderlər qrupunda qərarlaşıb. Aktivində 5 xalı olan 32 yaşlı qrosmeyster 1-5-ci yerləri bölüşdürür.
Fərid Orucov isə 3 xalla 72-ci sırada yer alıb.
Qeyd edək ki, mükafat fondu 30 000 avro olan beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.
0
0