Şahmatçımız “Dubai Open 2024”-də liderliyini qoruyub
31.05.2024 - 00:02
Azərbaycanlı şahmatçı Məhəmməd Muradlının “Dubai Open 2024”-də liderliyi davam edir.
Apasport.az xəbər verir ki, təmsilçimiz yarışın 6-cı turunu yarım xalla başa vurub.
Muradlı türkiyəli Yagiz Kaan Erdoğmuşla heç-heçə oynayıb. Hesabında 5 xal olan Məhəmməd ən yaxın izləyicisini yarım xal qabaqlayır.
Azərbaycanlı şahmatçıların duelində Gövhər Beydulayeva Eltac Səfərliyə uduzub. Rəvan Əliyev, Gülnar Məmmədova və Günay Məmmədzadə turu heç-heçə ilə başa vurublar. Xanım Balacayeva isə məğlubiyyətlə üzləşib.
- Azərbaycan Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək
- AFFA "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar təşkil edib
- “Fənərbaxça” kapitanı ilə müqaviləni uzatdı – Minimum maaşa imza atdı
- “İrəvan”dan səfər qələbəsi, “Karvan”dan darmadağın
- ABŞ-li müdafiəçi “Fənərbaxça”da
0
0