![Şəhriyardan daha bir heç-heçə](https://ww3.apasport.az/storage/news/2024/june/13/big/666b0c5332921666b0c53329221718291539666b0c533291f666b0c5332920.jpeg)
Daşkənddə şahmat üzrə Masters turniri davam edir.
Apasport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 8-ci turu yarım xalla başa vurub.
Həmyerlimiz çinli Yu Yanqyi ilə heç-heçə oynayıb. 8 turdan sonra 3,5 xal toplayan Məmmədyarov 7-8-ci yerləri bölüşür.
Lider mövqeyində qərarlaşan Nodirbek Yakubboyev və Nodirbek Abdusattarov 5 xal toplayıb.
Sabah keçiriləcək son turda Şəhriyar macar Rixard Rapportla qarşılaşacaq.
8-ci tur
Yu Yanqyi (Çin) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Vidiş Santoş Qujarati (Hindistan) – Nodirbek Abdusattarov (Özbəkistan) – 0,5:0,5
Aleksandr Qrişuk (FİDE) – Nodirbek Yakubboyev (Özbəkistan) – 0,5:0,5
Aleksey Sarana (Serbiya) – Javoxir Sindarov (Özbəkistan) – 1:0
Rixard Rapport (Macarıstan) – Parham Maqsudlu (İran) – 0,5:0,5