![Şəhriyarın komandası 1-ci pillədə](https://ww3.apasport.az/storage/news/2024/october/06/big/6702596e6a8406702596e6a84117282072146702596e6a83e6702596e6a83f.jpeg)
Londonda keçirilən Qlobal Şahmat Liqası davam edir.
Apasport.az xəbər verir ki, "Alaskan Knights" lider mövqeyində qərarlaşıb.
Şəhriyar Məmmədyarovun heyətində yer aldığı komanda 4 turdan sonra 12 xal toplayıb. Komanda son turda "Ganges Grandmasters"i 4,5:1,5 hesabı ilə məğlub edib. Şəhriyar iranlı rəqibi Parham Paqsudluya qalib gəlib.
Teymur Rəcəbovun çıxış etdiyi "Triveni Continental Kings" də turu qələbə ilə başa vurub. Onlar "American Gambits"dən 4,5:1,5 hesabı ilə güclü olublar. Rəcəbov Yu Yanqi (Çin) ilə xalları yarıya bölüb. Hesabında 7 xal olan "Triveni Continental Kings" ikinci pillədə yer alıb.