Süleymanlıdan növbəti qələbə
25.01.2025 - 11:33
![Süleymanlıdan növbəti qələbə](https://ww3.apasport.az/storage/news/2025/january/25/big/679490133fe81679490133fe821737789459679490133fe7f679490133fe80.jpeg)
Niderlandın Veyk-an-Zee şəhərində bir günlük fasilədən sonra "Tata Steel Chess" turniri davam etdir.
Apasport.az xəbər verir ki, 6-cı turda Azərbaycan şahmatçısı Aydın Süleymanlı türkiyəli Ediz Gürelə qalib gəlib.
Bu, təmsilçimizin turnirdə ikinci qələbəsidir.
Süleymanlı 3,5 xal toplayıb və 7-ci yerdədir. Niderlandlı Ervin L'Ami 4,5 xalla liderdir.
0
0