
Rumıniyanın Eforie Nord şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün yarışda beşinci turun oyunları keçirilib.
Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəyə malik Məhəmməd Muradlı növbəti qələbəsini qazanıb. Xalını 4,5-ə yüksəldən təmsilçimiz 5-ci pillədə qərarlaşıb. O, itkisiz irəliləyən Daniil Yuffadan (İspaniya) yarım xal geri qalır.
Hesabında 3 xalı olan şahmatçılarımızdan Misrətdin İskəndərov və Nicat Abasov bir-biriləri ilə qarşılaşıblar. Onlar arasında partiya heç-heçə yekunlaşıb.
Avropa çempionatından Dünya kubokuna 20 vəsiqə uğrunda da mübarizə gedir.
Məhəmməd Muradlı - David Navara (Çexiya) - 1:0
Əhməd Əhmədzadə - Şant Sarkisyan (Ermənistan) - 0,5:0,5
Elham Amar (Norveç) - Aydın Süleymanlı - 0,5:0,5
Misrətdin İskəndərov - Nicat Abasov - 0,5:0,5
Vüqar Manafov - Mark Maurizzi (Fransa) - 0,5:0,5
Xaqan Əhməd - Vignir Stefansson (İslandiya) - 1:0
Read Səmədov - Georgios Mitsis (Yunanıstan) - 0,5:0,5
Mateuş Bartel (Polşa) - Süleyman Süleymanlı - 1:0
Daniele Vocaturo (İtaliya) - Şahin Vəliyev - 1:0
Şiroğlan Talıbov - Aleksandra Jerebtsova (Monteneqro) - 1:0
Elmar Atakişiyev - Baver Yılmaz (Türkiyə) - 1:0
Ümid Aslanov - Cek Mizzi (Malta) - 1:0
Beş turdan sonra liderlər qrupundakı vəziyyət: 1. Daniil Yuffa (İspaniya) - 5 xal, ...5. Məhəmməd Muradlı - 4,5 xal.
- "İdmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb" - Açıqlama
- “Qarabağ”la “Sumqayıt”a texniki məğlubiyyət verilib
- Elmar Baxşıyev: "Heç bir komandaya qarşı belə hakimlik arzulamıram"
- Hicablı idmançı Olimpiya Oyunlarının açılış mərasiminə buraxılmayacaq
- "Qarabağ"ın futbolçusu Fransa – Mərakeş oyununda - FOTO