Təmsilçimizdən iki qələbə
07.06.2025 - 13:53
Təmsilçimizdən iki qələbə

Azərbaycan şahmatçısı Azər Mirzoyev Baham adalarında keçirilən "Orjan Lindroth Memorial" turnirinin ilk üç turunda iki qələbə qazanıb.

Apasport.az xəbər verir ki, o, üçüncü turda yamaykalı Akem Brauna qalib gəlib.

İki xal toplayan qrossmeysterimiz liderlər qrupundan yarım xal geri qalaraq 5-12-ci yerləri bölüşür.

Turnirdə 14 ölkədən 25 şahmatçı çıxış edir.