Ülviyyə Fətəliyeva ölkə çempionu oldu - KARYERASINDA İLK DƏFƏ
22.02.2026 - 17:15
Bu gün şahmat üzrə qadınların yarışında qalib və mükafatçılar məlum olub.
Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5-0,5.
Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5-0,5 hesablı qələbə qazanan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.

0
0