Ümumdünya Şahmat Olimpiadasında III tur start götürür
13.09.2024 - 10:36

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün III turun görüşlərini keçirəcək.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət yığma Moldova ilə qarşılaşacaq.
Qadınlardan ibarət milli isə Argentina ilə üz-üzə gələcək.
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub.
- Millinin sabiq üzvü kimdən avtoqraf alıb?
- "Bavariya" "Qalatasaray"lı ilə maraqlanır
- Cüdoçularımız Avropa çempionatında daha 4 medal qazanıb
- Azərbaycan Kuboku: 1/4 finalın ilk oyunlarının təyinatları
- Tərlan Əhmədov: “Çempionluq uğrunda mübarizə “Zirə”, “Neftçi” və “Qarabağ” arasında gedəcək”. - Müsahibə
0
0