![Avropa komandalarının bürünc medal HEGEMONLUĞU](https://ww3.apasport.az/storage/news/2022/december/17/big/639dfb609b487639dfb609b4881671297888639dfb609b483639dfb609b485.jpg)
Xorvatiya yığması Qətərdə keçirilən dünya çempionatında 3-cü yer uğrunda görüşdə Mərakeşə 2:1 hesabı ilə qalib gəlməklə ardıcıl 2-ci dəfə mundialı medalsız başa vurmadı.
Apasport.az xəbər verir ki, son 11 mundialda Avropa komandaları 3-cü yeri tutur.
Sonuncu dəfə qeyri-Avropa yığmasının dünya çempionatında bürünc mükafat qazanması 1978-ci ildə olub. Argentinada keçirilən mundialda Braziliya İtaliyanı 2:1 məğlub edərək bürünc medalları qazanıb.
Qeyd edək ki, Xorvatiya millisi son 2 mundialda keçirdiyi 14 oyundan yalnız 2-də (6 qələbə və 6 heç-heçə) məğlub olub. 2018-ci ildə Rusiyadakı finalda Fransaya (2:4), Qətərdəki mundialın yarımfinalında isə Argentinaya (0:3) uduzub.