“Real”ın La Liqada ən çox qol vuran futbolçuları siyahısında dəyişiklik olub.
Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin fransalı hücumçusu Kərim Benzema komandanın bombardirləri sırasında 2-ci pilləyə yüksəlib.
35 yaşlı futbolçu buna La Liqanın XXI turunda "Elçe" ilə matçda (4:0) iki qol vuraraq nail olub. O, siyahıda Raul Qonzalesi qabaqlayıb. Benzemanın aktivində 230, “Real”ın sabiq forvardının isə 228 qol var.
“Kral klubu”nda ən çox qol müəllifi isə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldodur. 2009-2018-ci illərdə “Real”da çıxış etmiş superulduz 311 qolla zirvədə yer alır.
- Almaniya millisinin məşqçisi tanınmış hakimi təhqir edib
- Azər Bağırov: "Futbolçularımın üzərində böyük təzyiq var"
- "Siti" "Real"la rəqabətdə: RODRİ UĞRUNDA
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
- Dünya çempionatı finalında tarixi yaş fərqi