Kərim Benzema 50 il əvvəlki nailiyyəti təkrarlayıb.
Apasport.az saytı xəbər verir ki, “Real”ın hücumçusu "Nou Kamp"da keçirilən İspaniya kubokunun 1/2 final mərhələsinin “Barselona” ilə cavab oyununda (0:4) het-trik etməklə, bunu rəsmiləşdirib.
35 yaşlı fransalı futbolçu 28 ildən sonra “El-Klassikoda” 3 qol vuran futbolçu kimi adını tarixə yazdırıb. 50 il əvvəl - 27 yanvar 1963-cü ildə “Nou Kamp”dakı qarşılaşmada isə Ferens Puşkas het-trik edən ilk “madridli” olub.
Qeyd edək ki, bu iki əzəli rəqibin duelində rəqib qapısına 3 qol vuran son “Kral klubu” təmsilçisi İvan Zamoranodur. Çilili forvard 7 yanvar 1995-ci ildə “Santyaqo Bernabeu”dakı oyunda 3 dəfə adını tabloya yazdırıb.
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- Krakov-2023: Taekvondoçularımızdan 2 medal - FOTOLENT - YENİLƏNİB
- Belajdi Pusi: "Gələcəyim üçün klub qərar verəcək" - Müsahibə
- A Seriyası: “Atalanta”dan əzmkar qələbə
- Azərbaycan Kubokunun 32 illik tarixində 32 qollu rekord