“Borussiya” rekordunu təkrarladı
04.03.2023 - 12:13
![“Borussiya” rekordunu təkrarladı](https://ww3.apasport.az/storage/news/2023/march/04/big/6402fdacd895d6402fdacd895e16779176126402fdacd895b6402fdacd895c.jpg)
Dortmund “Borussiya”sı Bundesliqada ardıcıl 8-ci qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, “qara-sarılar” XXIII turda “Leypsiq”ə 2:1 hesabı ilə qalib gəlib.
Bu, klub tarixinin rekordunun təkrarıdır. “Borussiya” 2011/12 mövsümündə ardıcıl 8 qələbə qazanıb.
Qeyd edək ki, Dortmund klubu 2011/12 mövsümündə Almaniya çempionu olub.
0
0