“Böyük beşlik”də ən çox baş məşqçi dəyişən ölkə çempionatlarının statistikası açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, Avropanın aparıcı futbol çempionatlarında çalışdırıcıları ilə “yola getməyən” Fransa Liqa1-idir.
Burada klublarda 17 dəfə baş məşqçi dəyişikliyi reallaşıb.
İngiltərə Premyer Liqası ilə İspaniya Primerosunun hərəsində 13 çalışdırıcı yola salınıb.
Almaniya Bundesliqası və İtaliya A seriyası son 2 pillədə qərar tutub. Bu ölkənin klubları hərəyə 10 mütəxəssisin müqaviləsinə xitam verdiklərindən 4-cü 5-ci yerləri bölüşürlər.
Qeyd edək ki, klublar arasında ən çox baş məşqçi ilə vidalaşan La Liqadan “Elçe” olub. Onlar nə az nə çox – 5 çalışdırıcı ilə vidalaşıb, “sükanını” 6-cıya etibar ediblər.
- Aqil Nəbiyev: “Uşaqlara güvənmək lazımdır”
- Türkiyəli mütəxəssis "Xankəndi" klubunun baş məşqçi vəzifəsindən ayrılıb
- Frenk Lempard bu komandanın baş məşqçisi oldu - Rəsmi
- Rəşad Sadıqov: “Mütləq şəkildə heyətimizi genişləndirməliyik”
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”