Ernandes erkən qolla mundiallar tarixinə düşdü
14.12.2022 - 23:34
![Ernandes erkən qolla mundiallar tarixinə düşdü](https://ww3.apasport.az/storage/news/2022/december/14/big/639a2704060b1639a2704060b21671046916639a2704060ad639a2704060af.jpg)
Fransa yığmasının cinah müdafiəçisi Teo Ernandes DÇ-2022-nin 1/4 finalında Mərakeşlə matçda erkən qol vurmaqla tarixə düşüb.
Apasport.az xəbər verir ki, "Milan"ın futbolçusu görüşün başlamasından 4 dəqiqə 39 saniyə sonra qol vuraraq, 1958-ci ildən bəri dünya çempionatının yarımfinalları tarixində ən sürətli qol vuran futbolçu olub.
Qeyd edək ki, DÇ-1958-in yarımfinalında Braziliya millisinin futbolçusu Vava matçın 2-ci dəqiqəsində Fransaya qol vurub. Həmin matçda Braziliya Pelenin het-triki ilə 5:2 hesabı ilə qalib gələrək finala çıxmış və daha sonra dünya çempionu olmuşdu.
0
0