Holan son 5 matçda 12-ci dəfə qol vurub
12.04.2023 - 01:30
![Holan son 5 matçda 12-ci dəfə qol vurub](https://ww3.apasport.az/storage/news/2023/april/12/big/6435d3af0f4916435d3af0f49216812491996435d3af0f48f6435d3af0f490.jpg)
"Mançester Siti"nin futbolçusu Arlinq Holan son 5 matçda 12 qol vurub.
Apasport.az xəbər verir ki, 22 yaşlı norveçli Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda (3:0, ikinci hissə) “Bavariya”nın qapısına da yol tapmaqla belə unikal nəticəyə imza atıb.
Bundan əvvəl o, “Kristal Pelas”a 1 qol vurub, “Leypsiq”ə penta-trik, “Bernli” ilə oyunda het-trik, “Sauthempton”la oyunda dubl edib.
Qeyd edək ki, Arlinq Holan "Mançester Siti"nin heyətində 39-cu oyununa çıxıb. Onun aktivində artıq 45 qol və 5 məhsuldar ötürmə var.
0
0