![“İnter”dən 12 illik uğursuzluğa son](https://ww3.apasport.az/storage/news/2023/april/20/big/6440df00a123a6440df00a123b16819729926440df00a12386440df00a1239.png)
“İnter” Çempionlar Liqasındakı uğursuzluğa son qoyub.
Apasport.az saytı xəbər verir ki, İtaliya klubu 12 ildən sonra qitənin ən möhtəşəm klub turnirinin yarımfinalına yüksəlib.
2010-cu ildən 1/4 final səddini uğurla adlayan Milan təmsilçisi həmin il Çempionlar Liqasının kubokunu da başı üzərinə qaldırıb. Joze Maurinyonun rəhbərlik etdiyi “İnter” həlledici matçda “Bavariya”ya 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “neradzurri” 1/4 finalda Portuqaliya “Benfika”sını mübarizədən kənarlaşdırıb - (2:0 və 3:3). Komandanı yarımfinalda isə Milan dərbisi gözləyir. “İnter” və “Milan” arasındakı matçlar mayın 9-da və 17-də keçiriləcək.