Mbappe dubl etdi, Fransa çempionatları tarixində 16-cı oldu
22.04.2023 - 00:01
![Mbappe dubl etdi, Fransa çempionatları tarixində 16-cı oldu](https://ww3.apasport.az/storage/news/2023/april/22/big/6442ef061f1df6442ef061f1e016821081666442ef061f1dc6442ef061f1de.jpg)
Kilian Mbappe Liqa 1 tarixində 16-cı bombardirdir.
Apasport.az xəbər verir ki, PSJ-nin 24 yaşlı forvardı Fransa çempionatında "Anje" ilə oyunda dubla imza atıb.
İndi fransalı hücumçu Liqa 1-də vurduğu 157 qol hesabına "Set"in keçmiş hücumçusu Dezire Koranyi ilə birgə 16-cı yeri bölüşür.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ və Fransa millisində də 45 qol vurub. O bu mövsüm Liqa 1-də 22 qolla bombardirlər yarışına başçılıq edir.
0
0