Mərakeş millisinin qapıçısı TARİXƏ DÜŞDÜ
10.12.2022 - 21:28
![Mərakeş millisinin qapıçısı TARİXƏ DÜŞDÜ](https://ww3.apasport.az/storage/news/2022/december/10/big/6394c49a725d66394c49a725d716706940426394c49a725d46394c49a725d5.jpg)
Mərakeş millisinin qapıçısı Yassin Bonu ilk afrikalı qapıçı kimi tarixə düşüb.
Apasport.az xəbər verir ki, bu gün Mərakeş millisində 50-ci matçına çıxan futbolçu bir dünya çempionatında qapısını 3 dəfə toxunulmaz saxlayan ilk afrikalı qapıçı olub.
Qeyd edək ki, bu gün dünya çempionatının 1/4 finalında Portuqaliyaya qalib gəlməklə Mərakeş yarımfinala vəsiqə qazanan ilk Afrika komandası kimi tarixə düşüb.
0
0