Messi 800-ə çatdı
24.03.2023 - 12:42
![Messi 800-ə çatdı](https://ww3.apasport.az/storage/news/2023/march/24/big/641d627bb5896641d627bb58971679647355641d627bb5894641d627bb5895.jpg)
Lionel Messi karyerasında 800-cü qolunu vurub.
Apasport. az saytı xəbər verir ki, Argentina millisinin hücumçusu Panama ilə yoldaşlıq oyununda (2:0) yubiley qoluna imza atıb.
35 yaşlı kapitan bu qollardan 99-nu yığmada vurub.
Qeyd edək ki, Panama ilə oyunda fərqlənən Messi 3 matçlıq qolsuzluq seriyasını da qırmış olub. Forvard bu müddət ərzində PSJ-nin heyətində “Renn” (0:2), “Brest” (2:1) və “Bavariya” (0:2) ilə görüşlərdə qol vura bilməyib. O, Panama ilə ikinci qolun müəllifidir.
0
0