![Mundiallar tarixində qol vurub, qovulan 2-ci futbolçu](https://ww3.apasport.az/storage/news/2022/december/03/big/638a76d1eda4c638a76d1eda4d1670018769638a76d1eda49638a76d1eda4b.jpg)
Kamerun yığmasının hücumçusu Vensan Əbubəkr Zinəddin Zidandan sonra dünya çempionatında qol vurub, qırmızı vərəqə alan ikinci futbolçu olub.
Apasport.Az xəbər verir ki, Braziliyaya əlavə vaxtda qələbə qolunu vuran Kamerun millisinin kapitanı sevincini qeyd edərkən formasını çıxardığı üçün 2-ci sarı vərəqə ilə meydandan qovulub.
Xatırladaq ki, Fransa millisinin futbolçusu Zinəddin Zidan DÇ-2006-da İtaliya ilə final görüşündə 7-ci dəqiqədə penaltidən qol vursa da, onun valideynini təhqir edən rəqib müdafiəçi Marko Materatsinin sinəsinə baş zərbəsi endirdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək - VİDEO
- Kadi Borqes bombardir oldu
- “Tottenhem”in futbolçusu “Real”ın radarına düşüb
- "Mançester Yunayted" "Milan"lı futbolçu ilə maraqlanır