Qardaşını geridə qoydu - Qana millisində tarixi rekord
18.06.2026 - 04:01
Qardaşını geridə qoydu - Qana millisində tarixi rekord

Qana millisinin futbolçusu Jordan Ayu yığmanın tarixinə düşüb.

Apasport.az xəbər verir ki, 34 yaşlı hücumçu buna Panama ilə DÇ-2026-nın L qrupu matçında nail olub.

Jordan Ayu Qana millisində 121-ci oyununa çıxaraq ölkə tarixində ən çox forma geyinən futbolçu olub.

O, bu göstəricidə qardaşı Andre Ayunu geridə qoyub.

Andre Ayu Qana millisində 120 oyun keçirib.

Qeyd edək ki, Jordan Ayu Qana millisində debütünü 2010-cu il sentyabrın 5-də Esvatiniyə qarşı oyunda edib.