“Real”dan ÇL rekordu
12.10.2022 - 09:22
![“Real”dan ÇL rekordu](https://ww3.apasport.az/storage/news/2022/october/12/big/63464f4d2f29f63464f4d2f2a0166555220563464f4d2f29c63464f4d2f29e.jpg)
“Real” növbəti dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
Apasport.az saytının məlumatına görə, bu, qrup mərhələsinin IV turunda Donetsk “Şaxtyor”u ilə oyunda baş verib.
Varşavada keçirilən görüşdə rəqibi ilə 1:1 hesablı heç-heçə edən Karlo Ançelottinin yetirmələri aktivindəki xal sayını 10-a çatdırıb və ən azı 2-ci pillədə pley-offa vəsiqəni təmin edib. Bununla “Real” tarixində 12-ci dəfə vaxtından əvvəl qrupdan çıxmağı bacarıb ki, bu da ÇL-də yeni rekorddur.
“Bavariya” və “Barselona” buna 10, “Yuventus” isə 7 dəfə nail olub.
0
0