Ronaldo, Messi, Benzema və ya 33
16.03.2023 - 11:33
Kərim Benzema Çempionlar Liqasının pley-off mərhələsində 33-cü qolunu vurub.
Apasport.az saytı xəbər verir ki, "Real"ın hücumçusu 1/8 finalın "Liverpul"la cavab oyununda vurulan yeganə qolun müəllifi olub.
35 yaşlı fransız futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin bombardirlər siyahısında 33 topla 3-cü yerdəki mövqeyini qoruyur.
Siyahıya 67 qolla portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir. PSJ-dən Lionel Messinin isə aktivində 49 top var.
İlk “5-lik”ə həmçinin Robert Levandovski (Barselona, 30) və Tomas Müller də (Bavariya, 26) yer alıb.
- Forsberq Azərbaycan məğlubiyyəti barədə: "Bu biabırçılıqdır"
- "Sumqayıt" legioneri ilə yollarını ayırdı
- Nazir: "Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik" - Müsahibə
- "Napoli" sanki ələ salıb: "Qalatasaray"a növbəti şərt
- "Zirə"dən transfer hərəkatı: Paxtman göndərilə bilər
0
0