Ronaldo Robben və Messini qabaqladı – tarixdə 7-ci dəfə
25.11.2022 - 11:09
Portuqaliya millisinin üzvü Kriştianu Ronaldo dünən daha bir rekord müəyyənləşdirib.
Apasport.az saytı xəbər verir ki, 37 yaşlı hücumçu DÇ-2022-nin ilk turunda Qanaya qarşı keçirilən matçın ən yaxşı futbolçusu seçilməklə mundiallar tarixində bu mükafata ən çox sahib olan oyunçuya çevrilib.
Ulduz futbolçu bu ada 7 dəfə layiq görülüb.
O, bu göstəricidə Aryen Robben (Niderland) və Lionel Messini (Argentina) qabaqlayıb. Adları çəkilənlər 6 dəfə analoji uğura nail olub.
Qeyd edək ki, Portuqaliya Qananı 3:2 hesabı ilə məğlub edib.
- Tahir Gözəl: "Bu qələbə acılı gündə kiçik bir təsəlli idi" – MÜSAHİBƏ
- Sedat Saini: “Bayer”ə bu mövsüm ən çox problem yaradan komanda “Qarabağ” oldu" - Müsahibə
- “Sabah”dan qələbə, “Qəbələ” xal itirdi - YENİLƏNİB
- Samir Abasov: “İntizam Komitəsinin mənimlə prinsipi, qərəzi var?”
- "Mançester Yunayted"dən 4 müqavilə birdən
0
0