İspaniya millisinin qapıçısı Unai Simon dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 29 yaşlı qolkiper DÇ-2026-nın 1/16 finalında Avstriya ilə oyunda qapısını toxunulmaz saxlayaraq mundial tarixinin ən uzun "quru seriya"sına imza atıb.
Simon dünya çempionatlarında ardıcıl 519 dəqiqə qol buraxmayaraq italiyalı Valter Zenqanın 1990-cı ildə müəyyənləşdirdiyi 517 dəqiqəlik rekordu geridə qoyub. Üçüncü pillədə isə 500 dəqiqə ilə İngiltərə əfsanəsi Piter Şilton qərarlaşıb.
Qeyd edək ki, Simonun dünya çempionatında son buraxdığı qol DÇ-2022-nin qrup mərhələsində Yaponiya ilə oyunun 51-ci dəqiqəsində qeydə alınıb. O vaxtdan bəri o, mundiallarda qapısından top buraxmayıb.
- Yüksək Liqa: XI turun daha bir matçı keçiriləcək
- Kasilyas açıq danışdı: "Mourinyonu "Real"da istəmirəm"
- Dedikləri Burak Yılmaza baha başa gəldi: 1 milyonluq cəza
- Azərbaycan Kubokunun 1/4 finalının ilk oyunlarının cəzaları bəlli oldu
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"