Azərbaycanın həm qadın, həm də kişi stolüstü tennis yığmaları III MDB Oyunlarında komanda yarışlarını gümüş medalla başa vurub.
Apasport.az xəbər verir ki, final görüşündə Rusiya ilə qarşılaşan qızlardan ibarət yığma – Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova 0:2 hesabı ilə uduzaraq ikinci yerlə kifayətlənib.
Eyni nəticə kişilərdən ibarət milli komandamızın da payına düşüb.
Onur Quluzadə, Adil Əhmədzadə və Rüstəm Hacılı finalda Rusiya kollektivinə 0:2 hesabı ilə məğlub olaraq gümüş medala sahib olublar.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
- "Qalatasaray"ın müdafiəçisindən qeyri-adi statistika
- Qurban Qurbanov: “Yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşın olmalıdır”
- Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız”
- ÇL-də 1/4 finalın cütləri məlum oldu - YENİLƏNİB
- Millimizin üzvü: “Yorğun olsaq da, əhval-ruhiyyəmiz yaxşıdır"