Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, ənənəvi “Finlandiya Open” turnirində millinin 12 üzvü bacarığını göstərəcək.
Baş məşqçi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi altında Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaqlar.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə iki yaş qrupu üzrə keçiriləcək yarışın oyunlarını idarə edəcək. Sabah Lohja şəhərində start veriləcək “Finlandiya Open”ə dekabrın 8-də yekun vurulacaq.
- "Kəpəz"in "Araz-Naxçıvan"la matçda zədələnən kapitanının durumu bəlli olub
- Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı açıqlanıb
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- “Qarabağ”ın rəqibi baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
- Qurban Qurbanov: “İstəmirdim oyun bitsin”