Stolüstü tennisçimiz Çinə yollanıb
02.01.2025 - 14:17
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti təlim-məşq toplanışına yollanıb.
Apasport.az Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Çində hazırlıq keçəcək.
Qeyd edək ki, bu gün Şanxay şəhərində yerləşən "China Table Tennis College" mərkəzində startı veriləcək toplanış yanvarın 19-da yekunlaşacaq.
- Avropa Kuboku: “Neftçi”nin oyunçusu oktyabr ayının ən yaxşısı seçilib
- Azərbaycan - Estoniya oyununun təyinatları açıqlandı
- "Zirə"dən qolsuz bərabərlik, "Sabah" 8 turdan sonra qələbə qazandı YENİLƏNİB
- Avarçəkənlərimiz “Olimpiya ümidləri” reqatasında iştirak ediblər - VİDEO
- Niderlanddan qələbə, İngiltərə Uruqvayla bacarmadı
0
0