Təmsilçilərimizdən 5 medal
30.09.2026 - 17:49
Təmsilçilərimizdən 5 medal

Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "WTT Youth Contender Tbilisi 2026" turnirində 5 medal qazanıblar.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə yollanan 10 idmançıdan 5-i mükafatçılar sırasında yer alıb.

Onur Quluzadə U-19, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U-11 yaş kateqoriyasında bürunc medala sahib çıxıblar.