Avropa Taekvondo Birliyinin (ETU) müxtəlif komitələrinə seçimlərin nəticələri elan olunub.
Apasport.az xəbər verir ki, qurumun prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının Baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-in mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.
ATF tərəfindən namizədliyi irəli sürülən hər iki nümayəndənin ETU komitələrində yer alması Azərbaycan taekvondosuna göstərilən etimadın göstəricisidir.
Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.
- Braziliya klubu “Neftçi”nin hücumçusundan imtina etdi
- Qana millisində istefa - Keyruş postundan ayrıldı
- Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başladı
- ÇL: "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - YENİLƏNİR
- Emin Quliyev: “Qarabağ” heç-heçəni düşünərək mübarizə aparsa...”