Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün seminar keçirib
28.11.2024 - 12:52
![Azərbaycan Taekvondo Federasiyası hakimlər üçün seminar keçirib](https://ww3.apasport.az/storage/news/2024/november/28/big/67482d067d1e167482d067d1e2173278336667482d067d1d467482d067d1df.jpg)
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə hakimlər və hakim olmaq istəyənlər üçün maarifləndirici və məlumatlandırıcı seminar keçirilib.
Federasiyadan apasport.az-a verilən məlumata görə, baş hakim Gündüz Abdullayevin rəhbərliyi ilə gerçəkləşən seminarda 36 nəfər iştirak edib.
Bunda məqsəd dekabrda keçiriləcək respublika çempionatı, birinciliyi və 2025-ci ildə təşkil olunacaq ölkədaxili yarışlarda iştirak etmək üçün hakimlərin seçimi və nəzəri təcrübələrinin artırılması olub.
Nəzəriyyəni uğurla başa vuran hakimlər dekabrda sınaq imtahanında iştirak edəcəklər.
0
0