Deflimpiya və Paralimpiya milliləri birgə təlim-məşq toplanışına başlayıb - FOTO
26.02.2026 - 18:18
Deflimpiya və Paralimpiya milliləri birgə təlim-məşq toplanışına başlayıb - FOTO

Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə Deflimpiya və Paralimpiya milli komandalarının birgə təlim-məşq toplanışı başlayıb.

Apasport.az xəbər verir ki, martın 15-dək davam edəcək təlim-məşq toplanışında deflimpiyaçılar Aslımaral Umarova (43 kq), Nuranə Nadirova (46 kq), Turan Şeydayev (48 kq), Gülseyra Ağabalayeva (53 kq), Şəms Ağayeva (63 kq), Vüsal Salmanov (68 kq) və Tehran Umudxanov (68 kq) iştirak edirlər.

Birgə təşkil edilən hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində keçirilir.

Qeyd edək ki, təlim-məşq toplanışının əsas məqsədi idmançılar arasında təcrübə mübadiləsini gücləndirmək və komanda ruhunu formalaşdırmaqdır.