Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
05.05.2026 - 12:43
Mayın 2-si və 3-də Gürcüstanda taekvondo üzrə “Georgian Liga Open” turniri keçirilib.
Apasport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Masallı Taekvondo Klubunun təmsilçiləri uğurla çıxış edərək ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıblar.
Kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc medallara sahib çıxıblar. Yeniyetmələr arasında yarışda Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
- Kantenin zədədən qayıdacağı tarix açıqlandı
- “Real”ın prezidenti: “Bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.
- Azər Bağırov: “Heç-heçə barədə düşünmək istəmirik”
- Premyer Liqa: "Brayton" bu göstəriciyə görə liderdir
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
0
0