İmaməddin Xəlilov: "Bilirdim ki, çempion olacam”
04.09.2024 - 08:37
![İmaməddin Xəlilov: "Bilirdim ki, çempion olacam”](https://ww3.apasport.az/storage/news/2024/september/04/big/66d7e3eb263d566d7e3eb263d6172542461966d7e3eb263d366d7e3eb263d4.gif)
Şükür ki, Azərbaycana ilk parataekvondo üzrə paralimpiya qızıl medalını gətirdim, çox qürurluyam.
Bunu apasport.az-a açıqlamasında Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov deyib. O hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss etdiyini qeyd edib.
"Qələbəmi şəhid ailələrinə həsr edirəm. Bununla fəxr edirəm. Bilirdim ki, mən çempion olacam”, - idmançı qeyd edib.
0
0