Parataekvondoçumuz beynəlxalq turnirin finalına yüksəlib
05.07.2024 - 10:54
![Parataekvondoçumuz beynəlxalq turnirin finalına yüksəlib](https://ww3.apasport.az/storage/news/2024/july/05/big/6687985312bd46687985312bd517201623876687985312bd16687985312bd3.jpg)
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Çxunçxon şəhərində keçirilən Koreya açıq beynəlxalq turnirində finala yüksəlib.
Apasport.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda braziliyalı rəqibini məğlub edib.
S.Zeynalov yarımfinalda cənubi koreyalı idmançıdan üstün olub.
0
0