Azərbaycanın stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirinin qalibi olublar
26.10.2024 - 14:47
![Azərbaycanın stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirinin qalibi olublar](https://ww3.apasport.az/storage/news/2024/october/26/big/671cc49ee73a2671cc49ee73a31729938590671cc49ee7393671cc49ee73a1.jpeg)
Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirinin qalibi olublar.
Apasport.az xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yarışda etimadı doğruldublar.
U-13 yaş dərəcəsində mübarizə aparan idmançılar bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar.
Qeyd edək ki, seçmə komandamız beynəlxalq yarışa 16 idmançı ilə qatılıb. Riqa sınaqlarına sabah yekun vurulacaq.
0
0