![Badmintonçumuz ilk görüşündə qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/july/29/big/66a7f0c191c5066a7f0c191c51172228217766a7f0c191c4e66a7f0c191c4f.jpg)
Azərbaycan millisinin daha bir badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.
Apasport.az xəbər verir ki, Edi Reski Dviçayo bu gün qrup mərhələsində ilk matçına çıxıb.
Təmsilçimiz Avstriya idmançısı Kollins-Valentin Filimonla qarşılaşıb. Dviçayo hər iki görüşü qələbə ilə başa vurub.
O, qrup liderliyi uğrunda Anders Antonsenlə (Danimarka) qarşılaşacaq. Görüş iyulun 31-də keçiriləcək.
Qeyd edək ki, Edinin yer aldığı E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.
Badminton
Kişilər, fərdi yarış
Qrup mərhələsi, E qrupu
29 iyul, II tur
22:20. Edi Reski Dviçayo - Kollins-Valentin Filimon (Avstriya) - 2:0 (21:18, 21:11)