Sabalenka Madridin çempionu
06.05.2023 - 23:50
![Sabalenka Madridin çempionu](https://ww3.apasport.az/storage/news/2023/may/06/big/6456a8857b8426456a8857b84316834008376456a8857b8406456a8857b841.jpg)
ATP Madrid tennis turnirində qadınların mübarizəsində qalib müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, belaruslu Arina Sabalenka çempion tutulunu qazanıb.
Turnirin finalında dünya reytinq cədvəlinin ilk iki pilləsində qərarlaşan tennisçilər qarşılaşıblar. Polşalı İqa Şvyontek favorit hesab olunsa da, 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Sabalenka bu mövsüm nüfuzlu Australian Opendə çempion tiltuluna yiyələnib.
0
0