Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə finala yüksəliblər
13.02.2025 - 16:16
![Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə finala yüksəliblər](https://ww3.apasport.az/storage/news/2025/february/13/big/67addf4a2792e67addf4a2792f173944813867addf4a2792467addf4a2792d.jpeg)
Azərbaycan stolüstü tennisçiləri Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” beynəlxalq turnirində finala vəsiqə qazanıblar.
Apasport.az xəbər verir ki, Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 yaş qrupunun qarışıq-qoşa kateqoriyasında ən azı gümüş medalı təmin ediblər.
Quluzadə - Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.
Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvarda Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa kateqoriyasında bürünc mükafata layiq görülmüşdü.
0
0