Vondrouşovadan tarixi qələbə
15.07.2023 - 20:57
Uimbildon-2023 tennis turnirində qadınların yarışında qalib müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, Marketa Vondrouşova “Böyük Dəbilqə”də ilk uğurunu qazanıb.
Çexiyalı tennisçi finalda Ons Jaberi məğlub edib. Hər iki set eyni hesabla başa çatıb – 6:4, 6:4. Vondrouşova Uimbildonda 1968-cı ildən sonra səpələnməmişlər arasından çempion adını qazanan ilk qadın tennisçi olub. Bu qələbə ona reytinq cədvəlində ilk onluğa girmək şansı yaradıb.
Qeyd edək ki, Marketa 2019-cu ildə Rollan Qarrosun finalında Eşli Bartiyə uduzub.
- "Arsenal"ın hücumçusu İspaniya klubuna keçə bilər
- İrəvanda bayrağımızı yandıran erməni beynəlxalq axtarışa verildi
- Emin Mahmudov: "Sarı mətbuat"ın yazdıqları barədə nəsə demək istəmirəm” - MÜSAHİBƏ
- AFFA nümayəndələri UEFA-nın Konfransında iştirak ediblər
- III MDB Oyunları: Güləşçilərimiz daha 7 medal qazanıb
0
0