Qadın voleybolçular arasında Azərbaycan çempionatı davam edir.
Apasport.az xəbər verir ki, çempionat çərçivəsində bu gün II turun oyunları keçiriləcək.
Günün ilk matçında “Murov AZ Terminal”ın rəqibi “Milli Aviasiya Akademiyası”nın qadın voleybolçuları olacaq. Bakı Voleybol Mərkəzində keçiriləcək oyun saat 15:00-da start götürəcək.
Daha 2 qarşılaşma isə saat 18:00-a planlaşdırılır. İlk görüşündə “Azərreyl”i gözlənilmədən məğlub edən “Abşeron” bu dəfə audsayder UNEC-i sınağa çəkəcək.
“Gəncə” isə doğma azarkeşləri önündə çempionluğa iddialı kollektivlər sırasında yer alan “Azərreyl”lə qarşılaşacaq.
- Raulun rekordu qırıldı: Pitariçdən tarixi göstərici
- Mundiallar tarixinin ən bol qollu oyunları - SİYAHI
- II Liqa: MÖVSÜMƏ START VERİLİB - YENİLƏNİB
- “Tenerife”nin futbolçusu meydanda aldığı zədədən sonra vəfat etdi - VİDEO
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı