Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.
Apasport.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan və altı gün davam edən AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Sumqayıt RVK-nın tərkibinə daxil olan şəhər və rayonların 11, Şərqi Zəngəzur RVK-nın isə 3 məşqçi-müəllimi iştirak edib.
Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu gününda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 9 mütəxəssisə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub.
Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatını almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.
- "İnter" və "Latsio"nun sabiq üzvü karyerasını başa vurdu
- Ramil Şeydayev: “Olimpiakos” revanş almaq istəyir"
- Əfran İsmayılov: "Onun olmaması "Qarabağ" üçün böyük itkidir" - Müsahibə
- “Lənkəran”nın baş məşqçisi: “Ehtiyat skamyanın kasad olması yenə də öz sözünü dedi”
- Oğlan boksçular arasında 1/4, qızlar arasında finalçılar müəyyənləşdi