![AVF Qaxda 16 yaşadək voleybolçu qızlar üçün düşərgə təşkil edib](https://ww3.apasport.az/storage/news/2024/august/19/big/66c347c18c54766c347c18c548172407392166c347c18c54566c347c18c546.jpg)
Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən növbəti dəfə 16 yaşadək qızlar üçün düşərgə təşkil olunub.
Apasport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı Qaxda baş tutur.
22 idmançıya yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma rəhbərlik edir.
16 yaşadək (U-16) qızlardan ibarət komandanın formalaşdırılması məqsədi ilə təşkil olunan və avqustun 26-dək davam edəcək düşərgə fiziki və texniki məşqlərdən ibarətdir.
Həmçinin qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma yığması üçün müxtəlif proqramlar həyata keçirilir.