AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
09.12.2024 - 09:36
![AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/december/09/big/67568219ee26767568219ee268173372264967568219ee25a67568219ee266.jpg)
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin olunub.
Apasport.az xəbər verir ki, o, qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında “THY İstanbul" (Türkiyə) və “Mbh-Bekeşçaba" (Macarıstan) komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Dekabrın 10-da İstanbulda keçiriləcək oyunun hakimləri ingiltərəli Dominik Bieqaylo və bosniya və herseqovinalı Mirza Başiç olacaq.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
0
0