Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Apasport.az xəbər verir ki, bunu AVF-in mətbuat xidməti açıqlayıb.
Frişman qadın voleybolçular arasında Çempionlar Liqasında B qrupunda yer alan “Eczacibasi Dynavit İSTANBUL” (TUR) və “Martiza PLOVDIV” (BUL) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Bu gün baş tutacaq qarşılaşmanın hakimləri yunanıstanlı Vasileios Vasileiadis və serbiyalı Dejan Rogicdir.
- "Beşiktaş"lı futbolçu meydana sonradan çıxıb dubl edən ilk niderlandlı oldu
- "Misli"dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalandı
- Rəşad Sadıqov "Qarabağ"ın qələbəsi barədə bunları yazdı - FOTO
- Yunis Hüseynov: “Neftçi”nin nə istədiyini başa düşmürəm” - Müsahibə
- Bundesliqada mövsüm başa çatdı