AVF rəsmisinə təyinat
20.11.2023 - 18:41
![AVF rəsmisinə təyinat](https://ww3.apasport.az/storage/news/2023/november/20/big/655b6236df44c655b6236df44d1700487734655b6236df44a655b6236df44b.png)
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərib.
Apasport.az xəbər verir ki, bunu AVF-in mətbuat xidməti açıqlayıb.
Gözəlbəyli kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final matçının supervayzeri təyin edilib. O, noyabrın 21-də Bakıda keçiriləcək “Xarı Bülbül Şuşa” - “Panatinaikos” qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, görüşün hakimləri türkiyəli Ramazan Cevik və monteneqrolu Yelena Mitroviç olacaq.
0
0